“Ukrayna ordusu Rusiyanın ölkəyə hücum üçün istifadə etdiyi hərbi kontingentin 40 faizini məhv edib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub.
“2022-ci ilin martın 15-nə düşmənin Ukrayna ərazisindəki “əməliyyata” cəlb etdiyi bölmələrinin 40 faizi tam məhv edilib və ya döyüş qabiliyyətini itirib”, - qurumdan bildirilib.
Qeyd olunub ki, Rusiya hərbi rəhbərliyi Rusiya Federasiyası ərazisindəki ali hərbi təhsil müəssisələrinin kursantlarının sonradan Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb olunması məqsədilə vaxtından əvvəl məzun edilməsi barədə qərar qəbul edib.
Mənbə: Korresponent.net