Türkiyə XİN Yunanıstana etiraz edib

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana etiraz edib.

“Report” xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

Bildirilir ki, Qərbi Frakiya ərazisindəki Osmanlı-müsəlman məzarlığı dağıdılıb.

“Məzarlığın Bulustra bələdiyyəsinin təlimatı ilə futbol meydançası salmaq adı ilə dağıdıldığı məlum olub. Yunanıstan rəsmilərindən lazımi həssaslığı göstərmələri və qəbiristanlıı əvvəlki halına gətirmələrini xahiş edirik”, - bəyanatda vurğulanıb.