“Almaniya yaxın aylarda Çinə münasibətdə yeni strategiya hazırlayacaq”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Qeyd edək ki, Çin ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Ukraynada hərbi əməliyyatlar apardığı üçün Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaya qoşulmayıb.