Tonqada güclü zəlzələ baş verib


Sakit okeanda Tonqa Krallığının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qed olunub ki, yeraltı təkanların episentri təxminən 22 min nəfər əhalisi olan Nukualofa şəhərindən 489 km cənubda olub. Zəlzələ ocağı yerin 60 km dərinliyində yerləşib.

Sunami təhlükəsi, dağıntılar və qurbanlar barədə hələlik məlumat daxil olmayıb.