Stoltenberq: “NATO diqqətini Ukrayna münaqişəsinin hüdudları aşmamasına yönəldib”

NATO Ukraynadakı münaqişənin bu ölkənin hüdudlarından kənara çıxmamasını təmin etmək niyyətindədir, ona görə də alyansın şərq cinahında mövcudluğunu artırıb.

“Report” xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq deyib.

“Bizim məsuliyyətimiz müxtəlif yollarla etdiyimiz kimi Ukraynanı dəstəkləmək və bu münaqişənin nəzarətdən çıxmamasını və Ukraynanın hüdudlarından kənara çıxmamasını təmin etməkdir”, - Stoltenberq bildirib.

“Buna görə də biz alyansın şərq cinahındakı hərbi varlığımızı əhəmiyyətli dərəcədə artırdıq”, - NATO rəhbəri əlavə edib.