ABŞ-ın Texas ştatının sakini 20 ildir edamını gözləyir. Sherg.az “Milliyet.com”a istinadən xəbər verir ki, 20 il əvvəl törədildiyi ehtimal edilən cinayət əməlinə görə, şübhəli bilinən şəxs barəsində məhkəmə qərar versə də, edam cəzası hələ də yerinə yetirilməyib.
Buna səbəb şübhəli şəxsin hər dəfə məhkəməyə tamam fərqli ifadələr verməsi, cinayəti məhz onun törətdiyinə dair sübutların yetərsiz qalmasıdır. Söhbət qonşunun dünyaya gəlmək üzrə olan körpəsini oğurlamaq məqsədilə doğuş sancıları başlamış hamilə qadının öldürülməsi hadisəsindən gedir. Bu hadisə ABŞ-da yeni bir sənədli filmə mövzu olaraq seçilib. İngilis əsilli Linda Carty 20 il əvvəl – 2001-ci ildə doğuş sancısı çəkən qonşu qadın Joana Rodriguezə kömək etmək üçün onun mənzilinə gedib. İstintaq materiallarında Lindanın Joananın mənzilinə 3 nəfərlə getdiyi göstərilir. 25 yaşlı Joana oğlunu dünyaya gətirdikdən 4 gün sonra körpəylə birlikdə mənzilindən qaçırılıb. Onun cəsədi Lindanın avtomobilinin bağajında tapılıb. Tibbi ekspertiza qadının boğularaq oldürüldüyünə dair rəy verib. Sənədli filmin müəllifi Susanna Reid həbsxanada Linda ilə görüşüb və ondan “təqsirkar siz deylsənizsə, bəs bu hadisə necə baş verdi”, soruşub.
Linda ağlayaraq “əmin deyiləm, çünki orasa deyildim. Bütün səmimiyyətimlə, gözlərinizin içinə baxaraq bi cinayətlə heç bir əlaqəm olmadığını söyləyirəm”, deyib. 20 il vvəl keçirilən məhkəmədə Lindanın doğuş sancısı çəkən qonşu qadının evinə əlində qayçı və əlcəklə getdiyi, qadının qarnını kəsərək körpəni çıxarmağı planlaşdırdığı söylənib. Susanna isə filmdə “Linda qonşu qadının 4 gün əvvəl körpə dünyaya gətirdiyini bilməyib. Joana və 4 günlük körpə qaçırılıb, qadın boğularaq öldürülüb”, söyləyir. Müəllif günahsız olduğunda 20 ildir israr edən Linda ilə görüşmək üçün Texasa gedib. Prokuror Lindanın övlad sahibi olmaq üçün başqasının körpəsini qaçırmağa çalışdığında qərarlıdır və onu gühankar sayır. Halbuki Linda ana olub, övladı var. Məhkəmədə iştirak etmiş şahidlərin ifadələrində isə fərqliliklər ortaya çıxdığından yeni sübutlara ehtiyac yaranıb. Linda isə 20 ildir edam olunacağı günü gözləyir. O, həbsxanada qocalıb. Lindanın qızı Jovelle Joubert isə anasının edamında iştirak etməyəcəyini deyib.