“Moskva ilə Kiyevi yenidən diplomatik masa arxasına əyləşdirmək üçün çalışırıq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, hazırda hər kəsin prioriteti Ukraynada atəşkəsə nail olmaqdır. Nazir bildirib ki, müharibəni dayandırmaq lazımdır. “Hər toqquşma özü ilə birlikdə sülh də gətirə bilər. Hər dəfə deyirik, müharibənin qalibi, sülhün məğlubu yoxdur. NATO qabaqlayıcı addımlar atır, amma sadə xalq savaşdan əziyyət çəkir. Sülhə nail olmaq üçün həll yolları barədə düşünmək lazımdır. Biz səylərimizi davam etdirəcəyik”.