Rusiya prezidenti Vladimir Putinin dünyaca məşhur heyranları artıq ondan nifrət etməyə başlayıb. Səbəb bəllidir. Ukraynaya hərbi təcavüz, günahsız insanların, körpələrin raket zərbələri altında qətl edilməsi.
Sherg.az “Millieyt.com”a istinadən xəbər verir ki, 4 il öncə professional boks yarışı üçün Moskvaya səfər etmiş aktyor və boksçu Mickey Rourke, Putinlə görüşdüyünü, onunla birlikdə xəstə körpələri ziyarət etdiyini xatırlayır və deyir ki, Putin həmin görüşdən çox təsirlənmişdi. “Bu gün isə kabus yaşanır. Gecələr dua edirəm və Putin üçün, Tanrım, lütfən, ruhunda, “tamam, bu qədər”, deməsinə səbəb olacaq bir şe tapmasına izin ver”, deyirəm. Aktyor və boksçu bir zamanlar üzərində Putinin şəkli olan köynək geyinməsiylə də yaddaşlarda qalıb. Hollivud ulduzu Leonardo Di Caprio da bir vaxtlar Putindən sevə-sevə danışanlardan biri idi. DiCaprio Putinlə 2010-cu ildə Sankt-Peterburqa səfəri zamanı Mixaylovski Teatrında görüşüb. Rusiya Ukraynanı işğal etməyə başladıqda isə humanitar yardım kampaniyasına qoşulub. Dünya şöhrətli “ulduz”un Beynəlxalq humanitar təşkilatlara Ukrayna üçün külli miqdarda ianə etdiyi bildirilir, lakin konkret rəqəm açıqlanmır.
Aktyor şəxsi instagram hesabında Ukraynadan fotolar paylaşıb və “Ukraynadakı müharibə qurbanları sevdikləri ilə yanaşı həyatda qalmaları üçün gərəkən nə varsa, hamısını itiriblər. Humanitar qurumlar (hər birinin adı qeyd edlir) məsum insanları dəstəkləmək üçün çarpışır”, yazıb. Həmçinin amerikalı məşhir rejissor Oliver Stoun da “Amerikanın vicdanında da işğalçılıq olması, Putini haqq qazandırmır. Bir ürü yanlış bir doğru etməz. Rusiyanın Ukraynanı işğalı yanlışdır” yazıb. Məşhur fransız aktyor Jerar Depardye də dostu Putini qınayıb. Məlumdur ki, Deparye fəxri Rusiya vətəndaşı seçilib. Müharinə ehtimal olunanda Depardye “Putini rahat buraxın” demişdi. Hərbi təcüvüz başladıqda isə Frans-Press Agentliyinə müsahibəsində “bu qardaş savaşına qarşıyam, Silahları buraxın və müzakirəyə keçin” deyib, lakin Putinin adını çəkməyib. Məşhurlardan Stiven Segal, Paul McCartney, məşhur aktrisa Jane Fonda da Ukraynanı dəstəkləyərək müharibəyə qarşı olduqlarını bildiriblər.