BMT-nin baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dayandırmağa və dərhal danışıqlara başlamağa çağırıb.
“Sherg.az” xəbər verir ki, A.Quterreş bu barədə jurnalistlərin suallarına cavab verərkən danışıb.
"Masada döyüşləri bitirmək və ciddi danışıqlara dərhal başlamaq üçün kifayət qədər zaman var. Bu
müharibədə qalib gəlmək olmaz. Ukraynada müharibənin davam etdirilməsi mənəvi cəhətdən qəbuledilməzdir, siyasi baxımdan bağışlanmaz və hərbi baxımdan mənasızdır. İstənilən ölçüdə - hətta ən ağıllı hesablama ilə belə - döyüşü dayandırmağın və sülhə şans verməyin vaxtıdır. Bu dəhşətli, absurd müharibəyə son qoymağın vaxtıdır", - o bildirib.
Ukraynadakı münaqişənin nəticələrindən danışan Quterreş bütün dünyada ərzaq, enerji və gübrələrin qiymətlərinin sürətlə artmasına diqqət çəkib. Bütün bunlar, onun fikrincə, aclıqla bağlı qlobal böhrana çevrilmək təhlükəsi yaradır.