Məşhur “Elle” jurnalının Rusiyada dərc olunan mart buraxılışı üz qabığında yer alan "Z nəsli" ifadəsinə görə tənqid olunub.
Axşam.az xəbər verir ki, jurnalın sözügedən buraxılışı sosial media hesablarında paylaşılmasa da tənqidlərdən qaça bilməyib. Bir çox ukraynalı blogerlər bunu Rusiyanın apardığı hərbi əməliyyatla bağlı olduğunu bildiriblər. Onlar jurnalın Rusiya redaksiyasını və baş redaktoru Yekaterina Muxinanı təbliğatda günahlandıraraq beynalxalq mərkəzə məsələ ilə bağlı müraciət ünvanlayıblar. Bildirilib ki, jurnal bununla siyasi mövqeyini ortaya qoyub və beynəlxalq komanda buna diqqət yetirməlidir.
"Bu təsadüfi deyil. Bu, təbliğat məqsədi ilə edilib. Yekaterina Muxina bunu ilk dəfə deyil ki, edir. Bu məqsədli şəkildə edilir. Bunun baş verməsinə icazə verən beynəlxalq "Elle" komandasına ayıb olsun" - deyə, ukraynalı dizayner Meri Furtas yazıb.
Qeyd edək ki, jurnalın sözügedən buraxılışında üz qabığında dünya şöhrətli aktrisa Monika Belluççi və Vensan Kasselin qızı Deva Kassel yer alıb.
Onu da qeyd ed edək ki, "Z" hərfi Rusiyanın Ukraynaya daxil olan hərbi texnikasında yer aldığından bəri əməliyyatlara dəstək simvolu kimi qiymətləndirilir.