“Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşlərinin sülhə töhfə verəcəyinə inanıram”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Dövlət başçılarının görüşə razılıq vermələri də bu addımın nə qədər vacib olduğunu göstərir. Müharibənin daha çox ölümə, itkiyə səbəb olmamasını arzulayırıq. Fəal diplomatiyamız və tərəfsiz mövqeyimiz nəticəsində vacib müzakirəyə ev sahibliyi etməkdən məmnunuq. Putin və Zelenski ilə müzakirələrim olacaq. Onları müzakirə masasına dəvət edəcəyəm. İnanıram ki, prezidentlər səviyyəsində görüşə ev sahibliyi edə biləcəyik”, - o bildirib.