Petrosyan Ukrayna mövzusunda “ehtiyatlı” olmağa çağırdı

Ermənistanın birinci prezidenti Levon ter-Petrosyan Qarabağdakı erməni separatçı tör-töküntüsünün lideri Araik Arutyunyanı qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Söhbət əsnasında Petrosyan Ukrayna mövzusunda Ermənistan hakimiyyətinə və Araikə “son dərəcə ehtiyatlı ritotikadan” istifadə etməyin vacibliyi haqda məsləhət verib.

Petrosyan, həmçinin daxili siyasi vəziyyəti gərginləşdirən addımlardan qaçmağa çağırıb.

Facebook