Britaniya Ukraynaya gəmi əleyhinə raketlər göndərə bilər

Böyük Britaniya Ukraynaya gəmi əleyhinə raketlər göndərmək niyyətindədir.
Bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson nazirlər kabineti qarşısında çıxış edərkən söyləyib.
Boris Conson əlavə edib ki, Odessa şəhərini və dəniz sahilində yerləşən digər şəhərləri qorumaq üçün Ukraynaya gəmi əleyhinə raketlər göndərmək lazımdır.
Lakin hələlik rəsmi London bu məlumatı təsdiqləməyib.
Mənbə: Segodnya