Savaşın kuliminasiya nöqtəsi!-  Rusiya bilməlidir: “NATO da susmayacaq”

Niderland öz şirkətlərinin Moskvanın qaz ödənişlərinin rublla həyata keçirilməsi tələbini qəbul etməsinə icazə verməyəcək.
Bu barədə Niderlandın İqtisadiyyat və İqlim Siyasəti Nazirliyindən bildirilib. Məlumatda qeyd olunur:
 “Niderland hakimiyyəti Avropa Komissiyasının Rusiya tərəfindən verilmiş qərarın mövcud sanksiyaların pozulması anlamına gəldiyi qənaəti ilə razılaşır.Bu o deməkdir ki,Niderland   şirkətlərinə bu şərtlərlə razılaşmağa icazə verilmir”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının “dost olmayan ölkələr”ə rublla satışının yeni qaydası haqqında fərmanı martın 31-də imzalayıb. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Azər Rəşidoğlu qeyd edib ki, Qərbin Rusiyaya qarşı  tətbiq etdiyi iqtisadi sanksiyaların nəticəsi indi bilinməyə başlayır. Ölkədə ciddi şəkildə bahalaşma gedir. Bir neçə aydan sonra hazırkı vəziyyət daha da gərginləşəcək”. 

A.Rəşidoğlu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Finlandiya və İsveçi nüvə silahı ilə hədələməsi məsələsinə diqqət çəkib:

 “Medvedev mediaya açıqlamasında Finlandiya və İsveçin NATO-ya daxil olacağı təqdirdə,Rusiyanın Baltik dənizində öz müdafiəsini daha da gücləndirəcəyini vurğulayıb. Rusiya bilməlidir indiki aqressiyasını davam etdirsə, NATO da susmayacaq.

 Hadisələrin hazırkı gedişatında NATO öz qoşunlarını birbaşa Ukraynaya göndərmək istəməsə də, ona silah və başqa vasitələrlə yardım edir.NATO və Qərb Rusiya iqtisadiyyatını daha da çökdürmək üçün münaqişənin uzanmasını istəyir. Rusiya döyüşü dayandırsa da, hansısa razılığa gəlsə də ,bu Putin hakimiyyətini xilas edə bilməyəcək”.

Politoloqun sözlərinə görə,indi Qərb Putinin iqtidardan getməsinə nail olmalıdır.Əks təqdirdə münaqişənin miqyası böyüyə bilər.NATO və digər ölkələrin müdaxiləsi isə ikinci dünya müharibəsi ilə nəticələnər.

A.Rəşidoğlu ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfər etməsi ilə bağlı fikrinə toxunub: 

"O jurnalistlərə açıqlamasında  Kiyevə getməyə hazır olduğunu deyib.  Düzdü onun  Kiyevə səfəri  Rusiyanı hiddətləndirəcək. Amma Rusiya hiddətlənib nə edə bilər ki ?NATO-ya qarşı silahmı işlədəcək?Təbii ki NATO da susmayacaq.Güman etmirəm ki,bu hal yaşanacaq. Qərb  illər boyu olduğu kimi riyakarlıqla Rusiyanın qarşısından qaçdığına görə hadisələr indiki mərhələyə gəlib çatıb. Baydenin, eləcə də digər ölkə liderlərinin Kiyevə gəlməsi  çox müsbət bir haldır. Bu Putinə ümumilikdə isə bütün Rusiyaya qarş psixoloji savaşın kuliminasiya nöqtəsinə çatdırılmasıdır”.