Almaniya Müdafiə Nazirliyi ABŞ-ın "Boeing" şirkətindən 60 ədəd Chinook CH-47F ağır nəqliyyat helikopteri almağı planlaşdırır.
Trend bu barədə yerli "Bild" nəşrinə istinadla xəbər verir.
Məlumata görə, Almaniya buna 5 milyard avro xərcləyəcək. Nəşrin mənbələri iddia edir ki, avadanlıqların tədarükü 2025-2026-cı illərdən tez başlanmayacaq.
Helikopterlər ABŞ-ın Sikorsky şirkəti və Almaniyanın "VFW" şirkəti tərəfindən birgə istehsal edilən köhnəlmiş CH-53G Stallion helikopterini əvəz edəcəyi bildirilir.