İranda ötən sutka ərzində 528 nəfər koronavirusa (COVID-19) yoluxub, 13 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 140 975 nəfərə, yoluxanların sayı isə 7 226 040 nəfərə çatıb. Virus daşıyıcılarından 1 046 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 966 954 nəfər koronavirusdan sağalıb, 50,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 148 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,9 milyon təşkil edir.