Makron Fransada prezident seçkilərində qalib gəlir

Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara görə, prezident seçkilərinin ikinci turunda qalib gəlir.

Trend "BFM" telekanalına istinadən xəbər verir ki, E.Makron 57,6 faiz səs toplayıb. Onun rəqibi Marin Le Pen isə 42,4 faiz səs toplaya bilib.

Yaxın zamanda hər iki siyasətçinin səsvermənin nəticələri ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.