Fransa paytaxtında polis minik avtomobilinə atəş açıb: Ölənlər var

Fransanın paytaxtı Parisdə polis əmrə tabe olmayan avtomobilə atəş açıb.
İnsident Parisin Pon-Nef rayonunda qeydə alınıb.
Qeyd olunur ki, polis əməkdaşları hərəkətdə olan avtomobilə “dayan” əmri veriblər.
Bu zaman sürücü avtomobili polislərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib.
Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilləri saxlatmaq üçün silah tətbiq edərək iki nəfəri öldürüb, bir nəfəri yaralayıb.
Mənbə: Actu17