Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı - FOTO

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Belə ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 21,9 min nəfərə çatıb.

Bundan başqa, hücum edən tərəfin 884 ədəd tankı, 2 258 ədəd zirehli döyüş maşını, 411 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 181 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 566 ədəd nəqliyyat vasitəsi, səkkiz ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 201 ədəd dronu, 28 ədəd xüsusi texnikası və dörd operativ-taktiki raket kompleksi məhv edilib.