Qarşıda birgə görüləcək işlər və layihələr barədə müzakirələr aparılıb
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Alptəkin Cahangir İşbilir bu gün "Şərq" qəzetinin redaksiyasını ziyarət edib. Qəzetin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı türkiyəli qonağı redaksiyanın iş şəraiti, redaksiya nəzdində fəaliyyət göstərən Mətbuat Tarixi Muzeyinin dəyərli eksponatları ilə tanış edib.
Müşavirlə baş redaktor arasında media sahəsində maraqlı müzakirələr olub. Azərbaycan-Türkiyə, o cümlədən türk dövlətlərinin media sahəsində fəaliyyətin daha da gücləndirilməsi yönündə görülə biləcək işlər haqda fikir mübadiləsi aparılıb.