Xudat şəhərində velosiped zolaqları salınır

Xaçmaz rayonunun Xudat şəhərində ilk dəfə velosiped zolaqları salınır.

"Report"un Şimal bürosu xəbər verir ki, məqsəd velosiped həvəskarlarının təhlükəsiz hərəkətini təmin etməkdir.

Qeyd edək ki, bölgədə velosiped istifadəçiləri çox olduğu üçün bu zolaqlar gündəlik nəqliyyat vasitəsi üçün şəraitin yaradılmasına xidmət edir.

Ümumilikdə Xudat şəhərində həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri davam edir. Ötən il 26 küçəyə asfalt salınıb, yeni işıqlandırma sistemi quraşdırılıb. Hazırda Xudat şəhərinin küçə və prospektlərində səkilərə tamet döşənir.