Ərdoğan Putinlə Ukraynanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin “TRT Haber” dövlət televiziyası xəbər verib.
Bildirilib ki, bu, Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından bəri liderlər arasında beşinci söhbət olub.
Danışıq zamanı dövlət başçıları Ukraynadakı son vəziyyəti müzakirə ediblər.