Rusiya Polşaya qaz nəqlini dayandırdı

Rusiya Yamal müqaviləsi çərçivəsində Polşaya qaz tədarükünü dayandırıb.
Bu barədə çərşənbə axşamı “Onet” portalı qeyri-rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İqlim Məsələləri Nazirliyində böhran qərargahı yaradılıb.
Rəsmi olaraq tədarükün dayandırılması barədə məlumat verilmir. Belə ki, bu barədə bildiriş bir gün ərzində gəlməlidir.
Portal onu da vurğulayır ki, Rusiya tədarükün dayandırılmasının səbəbləri barədə Polşa tərəfinə məlumat verməyib.