Sakinlərlə görüşdə Makrona pomidor atıldı - VİDEO


Fransa Prezidenti Emmanuel Makron çərşənbə günü İl-de-Frens bölgəsinin Serji bələdiyyəsinə səfər edib.
Lakin insanlarla görüş xoş xatirələrlə yadda qalmayıb. Belə ki, sakinlərlə söhbət əsnasında kimsə ona tərəf pomidor atıb.
BFM TV bununla bağlı kadrlar paylaşıb.
Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, Makronun başına belə hadisə ilk dəfə gəlmir. Bundan əvvəl Qrand Est bölgəsində seçiciləri ilə görüşdə sakinlərdən biri onu “ən vecsiz və faydasız prezident” adlandırmışdı. Ötən il Drom regionuna səfəri zamanı isə ona şillə vurulmuşdu.