Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb

Rusiya Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxmaq niyyətini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə UNWTO-nun baş katibi Zurab Pololikaşvili tviter hesabında yazıb.
“Bu gün Rusiya geri çəkilmək niyyətini açıqlayıb. Məqsədlərimiz aydındır: sülh üçün turizmin təşviqi və insan hüquqlarına universal hörmət. Yalnız buna əməl edən üzvlər UNWTO-nun bir hissəsi ola bilər", - Pololikaşvili bildirib.

UNWTO was the first @UN agency to address the membership of Russia.

Today, Russia announced their intention to withdraw from @UNWTO.

Our statues are clear: promotion of tourism for peace & universal respect for human rights. Only Members that abide by this can be part of UNWTO. pic.twitter.com/suDX05iCf8

— Zurab Pololikashvili (@pololikashvili) April 27, 2022