Türkiyədən “S-400”lərin tədarükü barədə yeni AÇIQLAMA

Türkiyə ABŞ-ın etirazına baxmayaraq, Rusiyadan “S-400” zenit-raket komplekslərini almağa davam edəcək.
Bu açıqlama ilə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir çıxış edib.
“Türkiyə Birləşmiş Ştatların nə deməsindən asılı olmayaraq, “S-400” ikinci partiyasını əldə etməyə hazırlaşır”, - İsmayıl Dəmir vurğulayıb.
Moskva və Ankara “S-400”lərin tədarükünə dair müqaviləni hələ 2017-ci ildə imzalayıb.
Beləliklə, Türkiyə bu sistemləri əldə edən ilk NATO ölkəsi olub.
Mənbə: Vesti