Stoltenberq Ukraynaya edilən yardımın həcmini açıqladı

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya göndərilən yardımın həcmini açıqlayıb.
O qeyd edib ki, NATO üzvü olan ölkələr artıq Ukraynaya ən azı səkkiz milyard dollar yardım ediblər.
İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı sualı cavablandıran Y.Stoltenberq qeyd edib ki, bu ölkələr üzvlük üçün müraciət etsələr, onların Alyansa daxil edilməsi prosesi tezləşdiriləcək.
Mənbə: Eadaily