Kim ilk dəfə maska taxdı: ölkədə yoluxanlar var  



Şimali Koreya przedenti Kim Çen In epidemiya başlayandan bəri ilk dəfə maska taxarkən görüntülənib.  Kim Çen In ölkədə ilk koronavirus halının aşkar edildiyi haqda maska taxaraq ilk dəfə dövlət televiziyasında çıxış edib.
“Sherg.az” xaric i mediaya istinadən xəbər verir ki, ölkədə epidemiyanın qarşısını almaq üçün ümummilli komendant saatı qərara alınıb. Eyni zamanda Şimali Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyi tərəfindən paylaşılan videoda Kimin və digər yüksək vəzifəli məmurların görüş otağına girərkən maska taxdıqları, lakin Kim danışmağa başlayan kimi maskasını çıxartdığı göstərilir.
“Associated Press”in məlumatına görə, ölkədə səhiyyə sistemi zəif olduğu üçün infeksiyaların sürətinin azaldılmaması ciddi nəticələrə səbəb ola bilər. 26 milyon əhalinin peyvənd olunmadığı güman edilir. Bəzi ekspertlər fikrinə görə, Şimali Koreyanın epidemiyanın baş verdiyini etiraf etməsi ilə o, xaricdən yardım istəyə bilər. Epidemiyanın aradan qaldırılacağını vurğulayan Kim, tibb işçilərini iş yerlərində və evlərdə dezinfeksiya işlərini sürətləndirməyə, epidemiyaya qarşı bütün tibbi avadanlıq və ləvazimatlardan istifadə etməyə çağırıb.
Xəbərlərdə hadisənin aşkarlandığına dair geniş məlumat paylaşılmasa da, yoluxmanın “Omicron”un "BA.2" kimi tanınan alt variantı olduğu bildirilib.