Almaniyada məktəbdə atışma olub, yaralanan var

Almaniyanın şimalındakı Bremerhafen şəhərində məktəblərin birində atışma olub.

Trend-in məlumatına görə, bu barədə yerli polis bildirib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı bir nəfər yaralanıb.

Polis atəş açan şəxslərin iki nəfər olduğunu ethimal edir. Onlardan birinin saxlandığı deyilir. İkinci silahlının axtarışları davam edir.

Məktəb ərazisində axtarışlara başlanıb.