Olaf Şolts: “Ukraynanın Aİ-yə üzvlük sorğusuna iyunun sonunda cavab veriləcək”

"Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğusuna bu il iyunun sonunda cavab verəcək".

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts bildirib.

O, Aİ-yə üzv qəbul olunmağın bir neçə ayın və ya ilin işi olmadığını deyən Fransa Prezidenti Emmanuel Makrondan sitat gətirib, lakin bu prosesdə Ukraynaya dəstək göstəriləcəyini söyləyib.