Türkiyə ordusu tərəfindən 15 PKK terrorçusu öldürülüb

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən 15 PKK terrorçusu öldürülüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Barış bulağı” və “Zeytun budağı” əməliyyatları bölgələrində hücumlar hazırlayan 15 PKK/YPG terrorçusu məhv edilib”, - deyə nazirliyin “Twitter“ səhifəsində bildirilib.