Tovuzda 5 yaşlı uşağı maşın vurub

Tovuzda 5 yaşlı uşağı maşın vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin mərkəzi bazarının qarşısında qeydə alınıb. Hərəkətdə olan avtomobil 2019-cu il təvəllüldü Ə.Quliyevi vurub.
Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.