Zaal Udumaşvili partiyanı tərk edib

"Vahid Milli Hərəkat" partiyasının liderlərindən olan Zaal Udumaşvili, partiyanı tərk edib.

Sherg.az 24News.ge-ə istinadən  xəbər verir ki, Udumaşvili bu barədə keçirdiyi brifinq zamanı bildirib.

O, partiyanı tərk edərək fəaliyyətini yenidən media sahəsində davam etdirəcəyini desə də, lakin hansı media olduğunu açıqlamayıb:

“Mübarizənin ön cəbhəsində və partiyanın bütün bu illər ərzində keçdiyi bütün çətinliklərdə yanında olmaq mənim həyatımda böyük təcrübə və şərəf idi. Əminəm ki, bu ölkədə mütləq dəyişikliklər olacaq və rejim dəyişdikdə Vahid Milli Hərəkat həlledici sözünü deyəcək bir partiya olacaq.

Düşünürəm ki, bu gün əsas döyüş xətti mediadan keçir. Heç vaxt olmadığı kimi, azad söz və müstəqil media təhdid edilir və bunu mediada baş verən son hadisələr yaxşı nümayiş etdirir. Ona görə də öz təcrübəmə əsaslanaraq yenidən mediaya qayıtmaq qərarına gəldim. Mən döyüş meydanından çıxmıram, döyüş xəttində qalıram, sadəcə olaraq yerimi dəyişirəm. Hansı kanala gedəcəyimlə bağlı əsas sualın nə olacağını əvvəlcədən bilirəm, amma bu məqamda müəyyən qaydalara əməl etdiyim üçün daha konkretliyə keçə bilmirəm. Tezliklə efirdə görüşəcəyimizə söz verirəm", - deyə Udumaşvili bildirib.