Zelenski: Panel evlər sökülməlidir

Rusiya Ukrayna müharibəsində bu ölkədə dağılmış panel evləri bərpa etmək mümkün olmaya bilər.

Sherg.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfəri zamanı müharibə bağlı keçirilən işçi görüş zamanı deyib.

O bildirib ki, indi müasir hündürmərtəbəli binaların tikintisinə üstünlük verilməlidir.

Xüsusilə, o, zədələnmiş panel evlərin bərpasının mənzil fondunun modernləşdirilməsi yolu ilə mümkün olduğunu deyib.

Onun fikrincə, bu həm də ölkəni və şəhərləri müasirləşdirmək, modern üslublu yaşayış evləri tikmək üçün bir fürsətdir.

Zelenski vurğulayıb ki, yeni evlərdə bomba sığınacaqları da tikilməlidir.