Zelenski:"Rusiya indi ölkəmizin 20 faizini ələ keçirib"

Ukrayna prezidenti Volodimir Zelenski Lüksemburq parlamentində çıxış edib. Zelenski parlamentdəki çıxışında Rusiya qüvvələrinin ölkənin neçə faizini ələ keçirdiyini də açıqlayıb.
“Sherg.az” Habertürk-ə istinadən xəbər verir ki, Zelenski çıxışında "Rusiya indi ölkəmizin 20 faizini ələ keçirib. Biz demək olar ki, bütün Rusiya ordusuna qarşı özümüzü müdafiə etməliyik. Bu hücumda müharibəyə hazır olan bütün rus qoşunları iştirak edir" deyib.

Zelenski Rusiya ilə münaqişələrdə cəbhə xəttinin 1000 kilometrdən çox olduğunu da bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general –mayor İqor Konaşenkov Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlamalar verib.

Rusiya əsgərləri ilə döyüşmək üçün Ukraynaya gələn xarici muzdlu döyüşçü axınının may ayının əvvəlindən etibarən demək olar ki, dayandığını bildirən Konaşenkov, “Bizdə olan məlumatlara görə, bu gün Ukraynadakı xarici muzdluların ümumi sayı 6600-dən 3500-ə düşüb, demək olar ki, azalıb." ifadələrdən istifadə edib. Konaşenkov həmçinin qeyd edib ki, Donbasda Ukrayna Silahlı Qüvvələrinin bölmələri və Milli Qvardiyasında muzdluların sayı da azalıb.

Konaşenkov bəyan edib ki, son sutkada 21 hərbi bölgə havadan atılan yüksək dəqiqlikli raketlərlə məhv edilib.

Konaşenkov Rusiya təyyarələrinin Nikolayev vilayətinin Lubomirovka qəsəbəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsini vurduğunu, Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını isə müxtəlif bölgələrdə havadan müdafiə sistemləri ilə vurduğunu bildirib.