Ukrayna və Türkiyə müdafiə nazirləri telefonla danışıblar

Ukraynanın müdafiə naziri Oleksi Reznikov ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar  arasında telefon danışığı olub.
Bu barədə Ukraynanın hərbi qurumunun rəhbəri özünün “Twitter” hesabında məlumat verib.
Nazirin sözlərinə görə, söhbət əsnasında onlar Qara dənizdə azad naviqasiya və kommersiya nəqliyyatının təhlükəsizliyini təmin etməklə bağlı yeni layihələri müzakirə ediblər.