Kadırov Zelenskini ölümlə hədələdi

Rusiyaya sıx dəstəyi ilə tanınan Çeçenistan prezidenti Kadırov Ukrayna prezidenti Zelenskini ölümlə hədələyib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Çeçenistan prezidenti Kadırov bazar günü yaydığı videomüraciətdə "Yaxın günlərdə real əməliyyat görəcəksən" deyib. Kadırov ukraynalıları “şeytan” kimi xarakterizə edərək, “Görəcəksiniz ki, bu şeytanlar təkcə bizim aldığımız şəhərlərdən deyil, bütün Ukraynadan təmizlənib”. Kadırov həmçinin bəyan edib ki, Rusiya qüvvələri yaxın vaxtlarda Ukraynada yeni taktika tətbiq edəcək.
Kadırov  sonda Zelenskini ölümlə təhdid edib. “Zelenskiyə sonuncu dəfə xəbərdarlıq edirəm, əllərini yuxarı qaldırıb “təslim oldum” de, yoxsa öləcəksən” deyib.