Almaniya Litvada hərbi missiyasını gücləndirəcək

NATO missiyası çərçivəsində Litvada olan alman qoşunlarının sayı 1000 nəfərdən 1500 nəfərə çatdırılacaq.
Məlumata görə, Berlin həmçinin 3000 nəfərə yaxın döyüşə hazır bir briqada ayıracaq ki, lazım gələrsə, Litvanın müdafiəsi üçün tez bir zamanda yerləşdirilməsi mümkün olsun.
Almaniya hazırda Litvada təxminən 1000 nəfərdən ibarət çoxmillətli batalyona rəhbərlik edir.
Mənbə: Yevropeyskaya pravda