Tayland hökuməti marixuana istehsalını qanuniləşdirib. Bununla da o, Asiyada marixuananı yetişdirməyə icazə verən ilk ölkə olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Tayland səhiyyə nazirliyi sabahdan etibarən 1 milyon çətənə tingi paylamağı planlaşdırır. Hökumət rəsmiləri marixuananı yalnız tibbi istifadə üçün təbliğ etdiyini bildirib. Marixuanadan ictimai yerlərdə istirahət məqsədilə istifadə edənləri 3 aya qədər həbs və 25.000 Tayland bahtı (780 dollar) məbləğində cərimələnə gözləyir.
Səhiyyə naziri Anutin Charnvirakul açıqlamasında marixuandan necə istifadə etməyi bilməyin lazım olduğunu bildirib:
“Əgər şüurumuz varsa, bu bitki qızıl kimi qiymətli bir şeydir və təbliğ edilməlidir. Hökumət xalqı nəzarətdə saxlamaq və cəzalandırmaq üçün qanundan istifadə etməkdənsə, bu məsələdə daha yaxşı “maarifləndirməyə” üstünlük verir.