Rusiyada müharibəyə qarşı olan tanınmış jurnalistin torpaq sahəsinə həbs qoyulub

Moskvanın Basman rayon məhkəməsi Rusiyanın tanınmış publisisti Aleksandr Nevzorovun Sankt-Peterburqda, Fin körfəzi sahilində yerləşən torpaq sahəsinə həbs qoyulması barədə hökm çıxarıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib k, torpaq sahəsinin qiyməti hazırda 7,87 milyon rubldur (136 min dollara yaxın).

Qeyd edək ki, ötən həftə A.Nevzorov və xanımı Lidiya Nevzorova Ukrayna vətəndaşlığı alıb. Tanınmış publisist Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə qarşı çıxış edənlərdəndir.