41 illik həsrət bitdi! - Qohumlarına qovuşdu

1980-ci illərin əvvəllərində ABŞ-da valideynləri öldürüldükdən sonra yoxa çıxan bir yaşlı Holli qırx bir ildən sonra qohumlarına qovuşub. Bildirilib ki, öldürülən Klouz cütlüyünün 42 yaşlı qızı Holli hazırda Hyuston şəhərində yaşayır.

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Hollinin ailəsi 41 il əvvəl Floridadan Teksasa köçərkən öldürülüb. Hadisədən sonra cütlüyün 1 yaşlı uşağı körpə Holli yoxa çıxıb. 

Teksas Baş prokuroru müavini B. Webster bildirib ki, 42 il öncə Hollini kilsəyə iki qadın gətirib. Baş prokuror Ken Paxton, Hollini böyüdən ailənin onun bioloji valideynlərinin qətlində şübhəli olmadığını söyləyib .

Hollinin nənəsi Donna Casasanta verdiyi açıqlamada, atasının ad günündə nəvəsini tapmasının onun üçün "cənnətdən bir ad günü hədiyyəsi" olduğunu söyləyib.

Hazırda 5 uşaq anası olan Holli öz bioloji ailəsi ilə əlaqədədir.