ABŞ prezidenti Co Baydenin administrasiyası dünya üzrə neft və qaz istehsalçılarını hasilatı artırmağa çağırır.
Trend xəbər verir ki, bunu ABŞ-ın enerji naziri Cennifer Qranholm bazar günü CNN-ə müsahibəsində deyib.
"Prezident dünya üzrə bütün istehsalçıları hasilatı artırmağı xahiş edib. Buraya OPEC, bizim yerli neft və qaz istehsalçıları da daxildir", - o deyib.
Qranholm həmçinin gələn həftə ABŞ-ın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşməyi planlaşdırdığını bildirib.