Ermənistanda silahlı insident zamanı 7 nəfər yaralanıb

Ermənistanın Araqatsotn vilayətində silahlı insident baş verib.

APA-nın shamshyan.com-a istinadla xəbərinə görə, Hadisə Niqavan kəndində qeydə alınıb.

Saat 20.00 radələrində xəstəxanaya odlu silah yarası ilə 7 nəfər daxil olub. Onlardn biri xəstəxanada keçinib, digərləri isə ilk yardım göstərildikdən sonra İrəvandakı tibb müəssisələrinə göndərilib.

Hadisə yerində istintaq qrupu işləyir.