Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 33 800 hərbçisini itirib.

Bundan başqa, Rusiyanın 1 477 ədəd tankı, 3 588 ədəd zirehli döyüş maşını, 749 ədəd artilleriya sistemi, 238 ədəd reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 181 ədəd helikopteri, 14 ədəd gəmi/kateri, 601 ədəd dronu, 130 qanadlı raket və 55 ədəd xüsusi texnikası məhv edilib.