Ukrayna Qara dənizdə Rusiyanın mənimsədiyi “Boyko qüllələri”ni vurdu

Ukrayna Silahlı Qüvvələri “Çernomornefteqaz” şirkətinin Rusiya tərəfindən mənimsənilmiş “Boyko qüllələri” də adlandırılan qazma qurğularına zərbə endirib.
Hadisə nəticəsində yaralılar və itkin düşənlərin olduğu bildirilir.
Ərazidə Rusiya Müdafiə Nazirliyinin patrul katerləri və təyyarələri xilasetmə işlərini həyata keçirir.
Mənbə: UNİAN