Aİ aclıqla mübarizə üçün Afrikaya 1,8 milyard avro ayırıb

“Avropa İttifaqı (Aİ) Afrika ölkələrinə 1,8 milyard avro məbləğində maliyyə yardımı edib. Bu vəsait aclıqla mübarizə üçün istifadə ediləcək”.
“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə dünyada sabitliyi pozub: “Bu səbəbdən Ukraynanın dəniz limanlarında milyonlarla ton taxıl blokadada qalıb”.
J.Borrel vurğulayıb ki, Rusiyanın bu addımları müharibə cinayəti kimi qəbul edilməlidir.