Rusiyada hərbi təyyarə qəzaya uğradı

Rusiyaya məxsus hərbi təyyarə Rostov vilayətində qəzaya uğrayıb.
İlkin məlumatlara görə, söhbət Su-25 qırıcısından gedir. Ehtimallara görə, qəzaya səbəb pilotun xətası olub.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər çalışır.
Qeyd edək ki, oxşar hadisə ötən gün Belqorod vilayətində də baş verib.
Mənbə: “Baza”