Conson:"Putin qadın olsaydı..."

Böyük Britaniyanın baş naziri Boris Conson Almaniyada yayımlanan ZDF kanalına verdiyi açıqlamalarla diqqətləri yenə öz üzərinə çəkib. “Sherg.az” HaberGlobal-a istinadən xəbər verir ki, Conson Rusiyanın Ukraynaya təcavüzünün Putinin çılğın və “maço” hərəkəti olduğunu bildirib.

Qadınların daha çox güc qazanması lazım olduğunu deyən Conson Ukraynanın işğalının “kişi təcavüzü”nə nümunə olduğunu ifadə edib:

"Əgər Putin qadın olsaydı, bu çılğın, “maço” müharibəsinə getməzdi",.

Müharibənin sona çatması üçün G7 miqyaslı işlərin davam etdiyini bildirən Conson, hələlik masada razılaşma variantının olmadığının da vurğulayıb. Ukraynaya silah yardımının davam edəcəyini də bildirən Böyük Britaniyanın baş naziri Zelenskinin əlini möhkəm tutmağa çalışdıqlarını qeyd edib.