Zelenskidən sensasion MESAJ:"Rusiya NATO ölkələrinə hücum edəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Madriddə keçirilən NATO sammitində liderlərə videokonfrans vasitəsilə müraciət edib.

“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, Ukrayna lideri Zelenski açıqlamasında NATO-nun açıq qapı siyasətini köhnə Kiyev metrosunun turniketlərinə bənzədib. Onun sözlərinə görə, onlar açıq görünür, amma içəri girəndə pulunu verməmisənsə, turniketlər bağlanır. Zelenski Ukraynanın müdafisəsi üçün 5 milyard dollara ehtiyacı olduğunu bəyan edib:

“Ukrayna yetərincə bədəl ödəmədimi? Həm Avropanın, həm də bütün sivilizasiyanın qorunub saxlanmasına verdiyimiz töhfə hələ də yetərli deyilmi? Bəs sizə başqa nə lazımdır? Ukraynanın özünümüdafiə üçün 5 milyard dollara ehtiyacı var. Gələn il vəziyyət həm Ukrayna, həm də digər ölkələr üçün daha pis ola bilər. Bunlar böyük ehtimalla NATO-ya üzv ölkələr olacaq.  Rusiya onlara da hücum edəcək”.

Ukrayna prezidenti Zelenski sonda qeyd edib ki, Rusiya Ukraynadan sonra Litvanı əsarət altına almaq istəyir.