Moskvada bir neçə ticarət mərkəzində bomba həyəcanı


Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən "Reçnoy" ticarət mərkəzi də daxil olmaqla, bir neçə iaşə obyekti bomba xəbərdarlığı ilə bağlı boşaldılıb.

Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

Bir neçə ticarət mərkəzinin işçiləri və ziyarətçiləri təxliyə edilib.

Məlumat yoxlanılır. Mütəxəssislər ərazidə iş aparır.